Dələduzluğa görə axtarılan 10 nəfər istintaqa təhvil verilib

post-img

Polis əməkdaşlarının yanvarın 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti verib.  

Yanvarın 23-də polis əməkdaşları ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfəri də taparaq aidiyyəti üzrə təhvil veriblər.

P.ƏMİRCANOV
XQ

 

Sosial həyat