Ötən il 195-1 Çağrı Mərkəzinə 633 mindən çox müraciət olub

post-img

Ötən il ərzində İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzinə 561 min 994 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 633 min 20 müraciət olub.

Nazirlikdən bildirilib ki, müraciətlər əsasən istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətinin daha da asanlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə yaradılmış Çağrı Mərkəzinə ölkənin istənilən regionundan stasionar telefonla birbaşa zəng etmək olar. Göstərilən xidmətlər ödənişsizdir.

Sosial həyat