Nəyi, nə vaxt yeməli?

post-img

Axşam sonuncu qida qəbulu yuxudan 3 saat əvvəl olmalıdır. İnsanın gecə saat 11-də artıq yuxuda olduğunu nəzərə alsaq, yemək maksimum 8-də yeyilib bitməlidir.
Qastroenteroloq Dmitri Fedulov yuxudan əvvəl bəzi qidaları yeməyin neqativ təsirindən danışıb. Deyib ki, axşamlar qaz, köp yaradan tərəvəzlərdən və paxlalılardan uzaq durmaq lazımdır.
Eləcə də, nişastalı kartof, qarğıdalıdan olan yeməkləri axşam yedikdə şəkər, insulin qalxır, çəki artır. 
Qlükozası çox olan meyvələr– banan, üzüm, şirin alma da axşamlar yemək üçün münasib deyil.
Süd də qarında kəskin sancı və köp yaradır. Süd məhsullarından yağsız yoqurt, kəsmik, kefir yemək məsləhətdir.
Bu qidaları günün birinci yarısında yemək lazımdır ki, fiziki aktivlik yaranan zərəri aradan götürsün.
Axşam yeməyində təzə və ya pörtlədilmiş tərəvəzlər, zülal, proteinli qidalar yaxşı təsir edir. Eyni zamanda, toyuq əti, file, yumurta, balıq, kəsmik, alma da məsləhətdir.
Optimal kalori bölgüsü: 30 faiz səhər, 50 faiz günorta, 20 faiz axşam üçün nəzərdə tutulmalıdır.
Axşamlar şirin desert, duza qoyulmuş tərəvəzlər (kələm, pomidor, xiyar və s.) və yağlı qidalar seçməyin, bunlar qaraciyər və mədəaltı vəzin yüklənməsinə səbəb olur.

Z.HÜSEYNLİ 
XQ

Sosial həyat