Azərbaycanın cüdo üzrə milli komandası Avstriyanın Mittersil şəhərində keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, beynəlxalq toplanışda 30 azərbaycanlı cüdoçu, o cümlədən Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev iştirak edirlər. Avropa Cüdo Birliyi tərəfindən təşkil olunan bu təlim-məşq toplanışı yeni mövsümə hazırlığın əsas mərhələsi hesab olunur.
Yanvarın 15-dək davam edəcək hazırlıq prosesində, ümumilikdə, 44 ölkədən 848 idmançı iştirak edir.
L.QURBANOVA
XQ