Pensiya ödənişlərinə ötən ilə nisbətən 710 milyon manat çox vəsait ayrılıb

post-img

Aparılan islahatlar çərçivəsində pensiya artımlarının davamlı xarakter alması pensiya təminatı üzrə ödənilən vəsaitlərin də mütəmadi artımı ilə nəticələnir. Növbəti sosial islahat paketi olaraq gələn ayın 1-dən minimum pensiyanın 280 manatdan 320 manata çatdırılması, həmçinin bu ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin artımlarla əlaqədar olaraq 2025-ci ildə də pensiyalarının ödənilməsi xərclərində artım dinamikası davam edəcək.

Cari ildə əmək pensiyalarının ödənilməsi xərcləri üçün 7 milyard 210 milyon 530 min manat nəzərdə tutulub ki, bu da keçən il müvafiq istiqamətdə ayrılan vəsaitdən 710 milyon manat və ya 11 faiz çoxdur.

Ümumilikdə isə pensiyalar üzrə ayrılan illik vəsait 2018-ci ildən ötən dövrdə 2 dəfə artıb.

Sosial həyat