Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü ilə Ağbulaq İstirahət Mərkəzində Məhəmməd Füzuli adına Ordubad şəhər tam orta internat məktəbində təhsil alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yeni il şənliyi təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, yədbirdə Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov iştirak edib.
Bayram süfrəsi ətrafında şagirdlərlə səmimi söhbət edilib, onların sevinc dolu anlar yaşaması üçün “Şaxta baba” tərəfindən müxtəlif əyləncəli proqramlar nümayiş olunub.
Sonda 60 şagirdə bayram hədiyyələri təqdim edilib, şən anlar birlikdə çəkilən xatirə şəkilləri ilə əbədiləşdirilib.
XQ