Təyyarə qəzasında həlak olan Həbib İsmayılov Ağdaşda dəfn edilib

post-img

AZAL-ın sərnişin təyyarəsinin Rusiyanın hava məkanında kənar müdaxiləyə məruz qalması nəticəsində baş vermiş faciəvi hadisədə həlak olan Həbib İsmayılovun nəşi bu gün doğulduğu Ağdaşın Ərəb kəndinə gətirilərək ailəsinə təhvil verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verib ki, cənazə namazı qılınıb, vida mərasimi keçirilib.

Mərasimdə kənd sakinləri və rayon rəhbərliyi iştirak edib.

Həbib İsmayılov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, 25 yaşlı Həbib İsmayılov ailənin iki oğul övladından biridir.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.





Sosial həyat