Dekabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Şərur rayonunda sakinlərlə görüşüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Şərur şəhərində ucalan abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.
Sonra İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulu keçirilib. Görüşdə vətəndaşların, o cümlədən şəhid ailələrinin problemləri dinlənilib, müraciətlərin hər birinin həlli istiqamətində qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi qeyd olunub.