Aviaqəza ilə bağlı şəxsiyyəti müəyyənləşdirilməyənlərin DNT analizləri aparılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, qəzada şəxsiyyəti hələ müəyyənləşdirilməyən həlak olanların DNT nümunələri götürülüb və hazırda proses davam etdirilir. “DNT analizlərinin nəticələri onların şəxsiyyətlərinin dəqiqləşdirilməsi və yaxınlarına məlumat verilməsi üçün vacibdir. Bu proses diqqətlə və operativ şəkildə həyata keçirilir”, - deyə nazir vurğulayıb.