Azərbaycan və Maldiv diplomatik, xidməti və rəsmi pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edir.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 27-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Sənəd 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanıb.
Müzakirələrdən sonra qanun layihəsi təsdiqlənib.