Türkiyədə Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsi anılır

post-img

Türkiyədə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi yad edilir.

AZƏRTAC xəbər verir ki, xarici dövlətlərin diplomatik nümayəndəliklərinin, siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri, qardaş ölkənin sakinləri dekabrın 26-da səhər saatlarından etibarən Azərbaycanın Ankaradakı səfirliyinə gələrək, başsağlığı kitabında öz ürək sözlərini yazırlar.

Səfirliyin əməkdaşları təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov səfirliyin divarları önünə əklil qoyan Türkiyənin bir qrup siyasətçisi və ictimaiyyət nümayəndələrini diplomatik missiyanın qapısında qarşılayıb.

Faciə qurbanlarının xatirəsinə dualar oxunub, Türkiyə-Azərbaycan həmrəyliyi vurğulanıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara















Sosial həyat