Qazaxıstan FHN: Aktauda qəza enişi edən təyyarədə olan 67 sərnişindən 25-i sağ qalıb

post-img

Aktauda qəza enişi edən təyyarədə 5 nəfər ekipaj üzvü də daxil olmaqla, 67 sərnişin olub.

AZƏRTAC Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilkin məlumata əsasən, 25 nəfər sağ qalıb, onlardan 22-si xəstəxanaya çatdırılıb.

Hadisə yerinə 150 əməkdaş və 45 texnika cəlb edilib. Sərnişinlərin tam siyahısı dəqiqləşdirilir.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana

Sosial həyat