AZAL Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəza enişi etməsi ilə bağlı yeni məluamatları açıqlayıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, təyyarənin göyərtəsində 62 sərnişin olub. İlkin məlumata görə, onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16 Rusiya vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı. Sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.