49 ailənin də Şuşa həsrəti bitdi

post-img

Dünən növbəti köç karvanı ilə Şuşa şəhərinə çatan 49 ailəyə yeni mənzillərinin açarları təqdim olunub. Bununla 191 nəfər də doğma yurduna qovuşub.

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xatırladaq ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, keçmiş məcburi köçkünlərlə yanaşı, bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən və xidmət sferasında çalışan 30 minə yaxın insan yaşayır.

XQ

Sosial həyat