Türkiyə və Gürcüstan rəsmiləri regionda gedən prosesləri müzakirə ediblər

post-img

Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə strateji əməkdaşlıq çərçivəsində ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələləri müzakirə olunub. Regionda gedən proseslər, sabitliyin və sülhün təşviqində Gürcüstanın və Türkiyənin rolu barədə fikir mübadiləsi aparılıb. Söhbət zamanı Gürcüstan və Türkiyə arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin perspektivləri müzakirə olunub. Regional əməkdaşlığa, birgə layihələrin vacibliyinə, iki ölkənin tranzit və nəqliyyat potensialından tam istifadə edilməsi zərurətinə diqqət yetirilib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sosial həyat