Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 21 dekabr tarixini Ümumdünya Meditasiya Günü elan etmək üçün Hindistanın birgə təşəbbüsü ilə qətnamə qəbul edib. Bu gün, xüsusilə insanlar arasında sağlamlıq, rifah halını yaxşılaşdırmaq və dünyaya sülh yaymaq üçün qeyd olunur. Layihə bir qrup ölkələr - Hindistan, Andorra, Lixtenşteyn, Şri Lanka, Nepal və Meksika tərəfindən, o cümlədən 60 ölkədən fərqli sponsorların dəstəyi ilə həyata keçirilir.
Meditasiya, müxtəlif mədəniyyətlər və mənəvi ənənələr arasında illərdir istifadə edilən təcrübəyə əsaslanır. Hər birinin özünəməxsus texnikası və faydaları olan bir çox müxtəlif meditasiya növləri var. Ən çox yayılmış və populyar olan növü isə Hindistandadır. Meditasiya yüksək şüur, zehni aydınlıq və emosional rahatlıq əldə etmək üçün bədəni sakitləşdirən və kainatla insanı əlaqələndirən bir təcrübədir. Təkcə zehni sakitləşdirməyə və stressi azaltmağa kömək etmir, eyni zamanda mənəvi inkişaf, özünüdərk və istirahəti təmin etmək üçün bir vasitədir. Ən əsası, meditasiya düşüncələr və davranışlar haqqında daha çox məlumat əldə etməyə səbəb olur və emosional dayanıqlığı inkişaf etdirir.
Fidan SALMANOVA
XQ