Gələn il yaşayış minimumu ölkə üzrə 285 manat olacaq

post-img

2025-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib.

Qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.

Sosial həyat