Azərbaycan parlamenti “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi Milli Məclisin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Sənəd layihəsinə əsasən, İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 milyon 700 min manat məbləğində proqnozlaşdırılır.