Samux: Gürcüstanla sərhəddə ağac əkdilər…

post-img

Salahlı kəndi rayon mərkəzindən nə az, nə çox, düz 63 kilometr aralıda, Gürcüstanla sərhəddə yerləşir. Sərhəd kəndlərinin isə problemi həmişə var. İstər Salahlı olsun, İstərsə də başqa bir kənd, sakinlərinin gözü daim yolda olur, qonaq-qaranı həsrətlə gözləyir, dərdləşməyə adam axtarır.

Rayon rəhbərliyinin bu dəfəki görüşü daha maraqlı, yaddaqalan oldu. Çünki gələnlər yerli sakinlərə “gəlin ağac əkək” dedilər.

Bu, “Yaşıl dünya naminə həmrəylik ili” və “Təmiz Ölkəm” layihəsi çərçivəsində vaxtaşırı keçirilən ümumrayon iməciliklərindən biri idi…

Həmişəki kimi öndə rayon icra hakimiyyətinin başçısı, aparatın əməkdaşları,hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların işçiləri idi və yerli sakinlər böyük həvəslə onlara qoşuldular.

İməcilikdə əsasən yollların kənarı məişət tullantılarından, yeni əkilmiş ağacların ətrafındakı qurumuş ot, ağac və gül kollarından təmizləndi.

Bütövlükdə həmin gün Sərkar və  Gürcüstanla həmsərhəd olan Salahlı kəndlərinin ərazisində 2000 -ə yaxın müxtəlif növ həmişəyaşıl ağaclar əkildi.

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri
Samux rayonu









Sosial həyat