Xəzərin dayazlaşması Rusiya alimlərini də narahat edir

post-img

Rusiya alimləri Xəzər dənizinin dayazlaşmasından narahatdırlar. Mütəxəssislərin fikrincə, 1990-cı illərin ortalarından bəri akvatoriyada suyun səviyyəsinin azalması müşahidə olunur. 

Məlumatı “İzvestiya.ru” yayıb. 

Bu gün bu rəqəm 28,73 m dəniz səviyyəsindən aşağıdır. 1977-ci ildə belə rəqəmlər qeydə alınıb. Amma sonra Xəzərdə suyun həcmi getdikcə artıb. 

“İzvestiya” telekanalı xəbər verir ki, elm adamları indi göstəricinin normallaşıb-normallaşmayacağını deyə bilmirlər. Hidroloqları su hövzəsinə axan ən böyük çayların deltalarının daralması da narahat edir. 

Ekspertlər proqnozlaşdırırlar ki, dayazlıq ilk növbədə Volqa və Uralı təhdid edir. Onların fikrincə, Xəzər dənizində baş verən kataklizm biomüxtəlifliyin azalmasına səbəb olacaq, həmçinin ətraf ərazilərdə flora və faunanı dəyişəcək.

P.ƏMİRCANOV
XQ

Sosial həyat