Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) Xəzər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Yaşıl Dünya Naminə Həmrəylik İli" təşəbbüsü çərçivəsində ağacəkmə tədbiri keçirib.
Tədbir zamanı Bakı şəhərinin Türkan qəsəbəsində 300 ədəd Eldar şamı əkilib.
Ağacəkmə tədbiri MDM tərəfindən, sosial məsuliyyət tədbirləri çərçivəsində ətraf mühitin qorunmasına və ekoloji təşəbbüslərin dəstəklənməsinə yönəlib.