Dünyada 730 milyon insan aclıq çəkir

post-img

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Agentliyinin (FAO) Mərkəzi Asiya və Avropa üzrə baş direktoru Viorel Qutu COP29 çərçivəsində keçirilən “Su, enerji ərzaq və ekosistemlər üzrə əməkdaşlıq vasitəsilə iqlim fəaliyyətlərinin sürətləndirilməsi” mövzusunda konfransda bu gün dünyada 730 milyon insanın aclıqla üz-üzə qaldığını bildirib.

Onun sözlərinə görə, 2050-ci ilə kimi dünya əhalisinin sayının 10 milyarda çatacağı proqnozlaşdırılır: “Buna görə də ərzaq istehsalı 2 dəfədən çox artırmalıdır. Kənd təsərrüfatı iqlim dəyişikliyinə qarşı çox həssasdır. Bizim fəaliyyətimizdə enerji keçidi də vacibdir. Kənd təsərrüfatı torpağın deqradasiyasında vacib rol oynayır, amma ərzaq ehtiyacımız bundan asılıdır. Təbiətdən dayanıqlı istifadə etməsək, böhranın qarşısını ala bilməyəcəyik. Bu sahədə regional əməkdaşlıq zəruridir”.

FAO rəsmisinin sözlərinə görə, bu sahədə sektorlararası koordinasiya, biliklərin paylaşılması, regional təkliflər və çoxşaxəli fəaliyyət çox vacibdir.

XQ

Sosial həyat