Payızın şeiriyyəti

post-img

Günəşin camalını
Bulud pərdələyibdir,
Yağış tozu torpağı
Yuyub təmizləyibdir.

Ağaclar soyunaraq
Payızı qarşılayır.
Barını səxavətlə
İnsana bağışlayır.

Qış isə oğrun-oğrun
Növbəsini gözləyir.
Şaxtalı qılıncını
Qar altında gizləyir...

Şair xəyala dalıb
İzləyir mənzərəni.
Ev üşüməsin deyə
Bağlayıb pəncərəni.

Payızın şeiriyyəti
Beləcə çatır sona.
Sən, ey əziz oxucu,
Dəyər verginən ona!


Giya PAÇXATAŞVİLİ

Sosial həyat