Hər fəslin öz yuxu qaydası

post-img

Noyabrda günəşli havaların bitməyi orqanizmə mənfi təsir göstərir. Günəşin isti şüaları azaldıqca bədəndə baş verən dəyişiklik sağlamlığa təsir edir. İmmuniteti zəif olan insanlar isə fəsil dəyişkənliyini xüsusilə çətin keçirir.

Çikaqodakı Şimal-Qərb Tibb Klinikasının yuxu üzrə tədqiqatçısı Dr. Fillis Zi vaxtında yatmağın immun sisteminin formalaşmasında çox böyük əhəmiyyəti olduğunu vurğulayıb. Alim bildirib ki, gündüzlərin qısalması, gecələrin uzanması orqanizmdə və zehində çətin qavranır, buna görə də nizamsız və ya 8 saat gecə yuxusunda olmayanlar vaxtaşırı  müxtəlif yoluxucu və psixi xəstəliklərə tutulur.

Fillis Zi fəsil dəyişkənliyində havanın isti və ya soyuqluğundan asılı olmayaraq, səhər yuxudan duran kimi pəncərələri açıb evi havalandırmağı və ya gəzintiyə çıxmağı məsləhət görür. “Açıq havada nə qədər çox olsanız, bir o qədər yeni fəslə alışacaqsınız, əsəb sisteminiz nizamlanacaq və yuxu rejiminiz bərpa olunacaq”, – deyə alim tövsiyə edib.

Eyni zamanda, Dr. Fillis Zi yatmazdan əvvəl yemək yeməməyi, su içməməyi və orqanizmi yuxuya alışdırmaq üçün meditasiya etməyi, yaxud da kitab oxumağı məsləhət görüb.

Z.HÜSEYNLİ 
XQ

 

Sosial həyat