Misir nümayəndə heyəti olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) aparılan danışıqlardan mühüm nəticələr gözləyirik.
Bunu AZƏRTAC-a müsahibəsində Misir nümayəndə heyətinin üzvü Əhməd Kamal Əl-Səid söyləyib. O, maliyyə məsələlərinin tezliklə həll olunacağına ümid etdiyimi bildirib: “Maliyyələşdirmə prosesi sürətləndiyi təqdirdə ölkəmizə ən son texnologiyaların gətirilməsini təmin etmiş olacağıq. İndiyə qədər iştirak etdiyim beynəlxalq tədbirlərə nəzər salsam, deyə bilərəm ki, Azərbaycan bu tədbiri yüksək səviyyədə təşkil edib. Əminəm ki, tədbiri müvəffəqiyyətlə başa vuracağıq”.