Goranboyda “8 noyabr-Zəfər Günü” ilə əlaqədar bayram tədbiri keçirilib

post-img

“8 noyabr-Zəfər Günü” ilə bağlı, Goranboy rayonunun Goran qəsəbəsində yerləşən “Şahin” şadlıq sarayında,  Milli Məclisin deputatı Bədəl Bədəlovun təşəbbüsü, dəstəyi və rayon İcra Hakimiyyətinin təskilatçılığı ilə təşkil olunan bayram tədbirində, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, 96 saylı Goranboy-Naftalan Seçki Dairəsindən Milli Məclisin deputatı Bədəl Bədəlov, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri,  Şəhid ailələri  və Qazilər iştirak etdilər.

Tədbirdə çıxış edən RİH-nin başçısı Məhərrəm Quliyev qeyd etdi ki, işğal altındakı ərazilərimizin azad edilməsi və suverenliyimizin təmin olunması uğrunda  həyata keçirilən və dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük  Vətən müharibəsi, 2022 sentyabr və 2023 sentyabr antiterror əməliyyatları  tariximizin ən parlaq səhifələridir. İcra hakimiyyətinin başçısı  yeni şanlı tarixin haqq və ədalət nümunəsi olduğunu vurğulayaraq, Möhtəşəm  Zəfər tarixini xalqımıza yaşatdığı üçün Müzəffər Ali Baş Komandana və  Rəşadətli Azərbaycan Ordusuna dərin minnətdarlığını xüsusi diqqətə çatdırdı.  

Tədbirdə, Gəncə Dövlət Filarmoniyasının solistlerinin və yerli özfəaliyyət kollektivlərinin təqdimatında bayram konserti nümayiş etdirildi.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri,

Goranboy





















Sosial həyat