Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə “Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələri, eyni zamanda, sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaları davam etdirir.
Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tibbi xidmət Xankəndi şəhərində olub. Səhiyyə Nazirliyi akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun tibb heyəti Xankəndi sakinləri üçün kardioloji müayinələr təşkil edib. Aksiyanın məqsədi vətəndaşlar arasında ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin olunmasıdır.
ETKİ-nin kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası tərəfindən əhaliyə tibbi baxış aparılıb, ExoKQ, EKQ müayinələri keçirilib. Eyni zamanda, qanda şəkər, ekspres üsul ilə xolesterinin səviyyəsi təyin olunub.
Aksiya zamanı 150-dən artıq vətəndaş müayinələrdən keçirilib.