Orta Asiya ölkələrində də bizdəki kimi gözdəymə və xəstəliklər zamanı, qədim inanca görə, yandırılan üzərlik həm də virus, parazit və bakteriyaları məhv edən antivirus təsirə malikdir.
Məşhur rusiyalı həkim Boris Uvaydov bildirir ki, evlərin dezinfeksiya edilməsi üçün üzərlik yandıra, eləcə də onun tüstüsünü evə, əşyalara, uşaqlara və nəfəs almaq üçün üzünüzə verə bilərsiniz.
Üzərlik yandıqdan sonra ondan ayrılan efir yağları və birləşmələri ilə zəngin tüstü gözləgörünməyən bütün virusları məhv edir.
Xalqımız əbəs yerə deməyib: “Üzərliksən havasan, hər bir dərdə davasan”.
Məlumat üçün bildirək ki, üzərlik dərman bitkisidir və yüzlərlə xəstəliyin dərmanıdır. Özbək qadınlar ondan sonsuzluğun müalicəsində də istifadə edirlər. Bir çox müsəlman ölkələrində üzərlik qrip olan şəxsin otağında yandırılır, eləcə də suyu içilir.
Qeyd edək ki, B.Uvaydov Daşkənd Tibb Universitetini bitirmiş həkim, daha sonra alternativ təbabət və naturopatiya üzrə ixtisaslaşmış alim, ABŞ, Avropada çalışan ixtisaslı həkim və yazıçıdır.
Z.HÜSEYNLİ
XQ