SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi (İB) rəhbərliyinin Hacıqabul rayonunda vətəndaşlarla növbəti görüşü keçiriləcək.
“Azəriqaz” İB-dən bildirilib ki, noyabrın 6-sı saat 12:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq görüş zamanı Hacıqabul və Şirvan rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
Görüşə dair əlavə məlumat almaq istəyənlər Salyan Regional Qaz İstismarı İdarəsinə (tel: 050-845-93-11; 055-510-59-95) müraciət edə bilərlər.