GÖYGÖL TURİZM MƏRKƏZİNƏ ÇEVRİLİR...

post-img

Göygöl rayonu son illər xarici və yerli qonaqların diqqətini daha çox cəlb etməyə başlayıb. Müxtəlif festivalların,maraqlı tədbilərin keçirilməsi, tarixi yerlərin öyrənilməsi, həmin məkanlara turist marşrutlarının salınması, abidələrin təmir olunması, yeni otellərin inşa edilmısi, eyni zamanda onlar üçün peşəkar kadrlar hazırlanması rayon rəhbərliyinin prioritet işlərindən biridir.
      Bu baxımdan Göygöl Peşə Məktəbində turizm sahəsində iaşə mütəxəssisi üzrə ixtisaslı kadrlar hazırlanması maraq doğurur.  Tələbələrə aşbaz, qənnadçı, barmen və ofisiant peşələrinin sirləri dərindən öyrədilir. Məktəbi bitirən mütəxəssislər otel və turizm sahəsində, ictimai iaşə sektorunda, ərzaq xidməti müəssisələrində və özəl şirkətlərdə çalışaraq, onların simasını təmsil edirlər. Məktəbin təlimçi müəllimi Elnarə İsayeva deyir ki, əsas menyunu planlaşdıran mütəxəssis xammalı seçir, müştərilər üçün yeməkləri hazırlayır və onların bişirilməsinə nəzarət edir. Həmçinin müxtəlif təamların hazırlanması və təqdim olunmasını formalaşdırır, onları müxtəlif üsullarla bəzəməyi öyrədir. Biz çalışırıq ki, turistlərin bəyəndikləri peşə sahibləri yetişdirək.Təhsilini başa vuran ixtisaslı kadrlar işsiz qalmayacaq, müxtəlif otellərdə və kafelərdə xidmət göstərə biləcəklər.
     

Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Göygöl rayonu.





Sosial həyat