Saymon Stil: COP29 iqlim maliyyələşdirilməsi üzrə konkret nəticələr əldə olunmasını təmin etməlidir

post-img

COP29 iqlimlə mübarizədə kritik bir məqamdır və bugünkü hesabatdakı məlumatlar bu mühüm tədbirdə konkret nəticələr əldə olunmasının nə qədər böyük əhəmiyyət daşıyacağı ilə bağlı parlaq xatırlatmadır.

AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stilin 2024-cü il üçün Milli Müəyyənləşdirilmiş Töhfələr (NDCs) üzrə yekun hesabatına dair bəyanatında deyilir.

UNFCCC-in icraçı katibi deyib: “Ölkələrin nümayəndələri COP28-də BƏƏ Konsensusunda verilən vədləri

(bərpaolunan enerjinin üç dəfə artırılması, qlobal uyğunlaşma məqsədi, bütün qazıntı yanacaqlarından uzaqlaşma, insanların və onların dolanışıq vasitələrinin tam müdafiəsi) həyata keçirmək və həmin qərarları real nəticələrə çevirmək üçün Bakıya gəlməlidirlər”.

COP29-u proaktiv iqlim konfransına çevirməyə və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına uyğunlaşdırılmış konkret və iddialı iqlim maliyyəsi nəticələrini təqdim etməyə çağıran Saymon Stil bu cür dəstəyin hər bir ölkəni və qlobal iqtisadiyyatı iqlim dəyişikliyinin mənfi təsirlərindən qorumaq baxımından çox vacib olduğunu bildirib.

İcraçı direktor sözlərinə yekun vurub: “Əvvəlki nəsil NDCs-lər davamlı dəyişikliyə işarə edib. Gələn il yeni NDCs-lərin həyata keçirilməsi üçün aydın yol – bərpaolunan enerjinin genişləndirilməsi, adaptasiyanın gücləndirilməsi və hər yerdə aşağı karbonlu iqtisadiyyata keçidin sürətləndirilməsi olmalıdır”.

Qeyd edək ki, bazar ertəsi açıqlanan yekun hesabatda ölkələrin Milli Müəyyənləşdirilmiş Töhfələrin 2030-cu ildə gözlənilən qlobal emissiyalara, eləcə də digər göstəricilərə birgə təsirləri proqnozlaşdırılır.

Sosial həyat