Qarabağa səfər etməkdən böyük məmnunluq duyuram. Bu bölgə çox gözəldir. Belə qısa zamanda inkişaf etməsi isə inanılmazdır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Füzuli və Şuşaya səfər edən səyyah britaniyalı səyyah Şelli Bleyk deyib.
“Burada tikinti işlərinin sürətlə getdiyini müşahidə edirik. Çox sevindirici haldır ki, insanlar evlərinə qayıdırlar. Bu qədər dağılmış binaları görəndə çox sarsıldım, lakin insanların tez bir zamanda evlərinə geri qayıtmasını görmək xoş hisslər yaratdı”, - deyə o əlavə edib.
Qeyd edək ki, Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik səyyahlar qrupunun işğaldan azad olunan torpaqlarımıza səfəri başlayıb. Xarici səyyahlar erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılır, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edirlər.
Ümumiyyətlə, dünyanın əsas beynəlxalq səyahətçilər klublarının 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 səfəri təşkil olunub. Bu səfərlərdə 50-dən artıq ölkədən 400 nəfərdən çox məşhur beynəlxalq səyahətçi iştirak edib.
Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri isə sayca 12-dir. Bu səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda, aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün mühüm əhəmiyyət daşıyır.