Rusiyanın keyfiyyətə nəzarət qurumu – “Rospotrebnadzor” əhalini mal dili və qaraciyəri yeməyə çağırıb. Qurumun əməkdaşları bu ət məhsullarının insan orqanizmi üçün daha vitaminli olduğunu bildirib və onu superqida adlandırıblar.
Mütəxəssislər bildiriblər ki, qaraciyər qırmızı ətdən daha dadlı və faydalıdır. Onun güclü aminturşu tərkibi əzələ kütləsinin və qanın artmasına səbəb olur.
Dil ətində isə zülal, protein, yağlar, B qrup vitaminləri boldur.
Mal ürəyində 6 dəfə çox B qrup vitamini, eyni zamanda, dəmir var.
Eləcə də toyuq qaraciyəri və ürəyində A, E, PP və B vitaminləri çoxdur.
Aşkar edilib ki, superqidalar içində ilk yerlərdə malın dili, qaraciyəri, ürəyi, böyrəyi dayanır. Bunlardan sonra heyvanın başı, ayaqları, quyruğu gəlir.
Keyfiyyətə nəzarət qurumunun əməkdaşları onu da xatırladıblar ki, bu qidalar çox yağlı olduğu üçün ürək-damar problemi və xolesterini yüksək olan şəxslərə olmaz. Eyni zamanda, həmin delikates qidalar düzgün bişirilməlidir.
Z.HÜSEYNLİ
XQ