Füzulidə Kurmanqazı Mərkəzinin çal-çağırı artır

post-img

Füzuli şəhərində inşa edilən və Qazax xalqının hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlərin sayı artaraq 150-yə çatıb.

Bu il martın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə istifadəyə verilən Yaradıcılıq Mərkəzi 2024/2025-ci tədris ilindən qapılarını müəllim və şagirdlərin üzünə açıb.

Bu mərkəz işğaldan azad edilən ərazilərdə incəsənət təhsilinin başladığı ilk tədris ocağı kimi xüsusi əhəmiyyət daşıyır. Mərkəz mart ayında 25 şagird və 5 müəllimlə fəaliyyətə başlamışdısa, hazırda şagirdlərin sayı 150-yə, müəllimlərin sayı isə 10-a çatır. Burada uşaqların incəsənətin sirlərinə yiyələnməsi üçün lazımi şərait yaradılıb. Hazırda fortepiano, qanun, qarmon, tar, violin, rəqs, xalçaçılıq, muğam ifaçılığı və digər ixtisaslar üzrə tədris həyata keçirilir.

Qeyd edək ki, hazırda Füzuli şəhərində 822 ailə olmaqla, 3 min 132 nəfərin məskunlaşması təmin edilib.

XQ

Sosial həyat