"SOCAR Downstream Management" MMC Neft Emalı Zavodunda qeydə alınan yanğın barədə məlumat yayıb.
AZƏRTAC xəbər verir ki, qurumun yaydığı məlumatda yanğının zavodun koks qurğusunda qeydə alındığı bildirilir.
“Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alovun söndürülməsi istiqamətində işlər davam etdirilir. Hadisə nəticəsində xəsarət alan yoxdur. Əlavə məlumat təqdim olunacaq”, - deyə məlumatda bildirilir.