Nazir müavini Sarvan Cəfərov Samuxda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

post-img

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov oktyabrın 17-də Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Samux, Şəmkir, Goranboy və Xocalı rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işə bərpa və iş yerinin dəyişdirilməsi, təsərrüfat suyu ilə təminat, torpaq sahəsinin ayrılmasına köməklik və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbuldan sonra nazir müavini Sarvan Cəfərov rayonun Nəbiağalı qəsəbəsində fəaliyyət göstərən heyvandarlıq müəssisəsinin fəaliyyəti ilə tanış olub, fermerlərlə heyvandarlığın inkişafına dövlət dəstəyi mexanizmləri ətrafında fikir mübadiləsi aparıb. 









Sosial həyat