Firdaous Oussidhoum: İqlim probleminin həlli beynəlxalq əməkdaşlıq ilə mümkündür

post-img

İqlim dəyişikliyinin fəsadları sərhədləri aşır. Ölkələr artıq düzgün strategiya yaratmalıdırlar.

Bunu PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Troyka ölkələri”nin “1.5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusunda yan tədbirdə Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının baş katibinin xüsusi müşaviri Firdaous Oussidhoum deyib.

O qeyd edib ki, iqlim probleminin həlli beynəlxalq əməkdaşlıq ilə mümkündür: “Ölkələr arasında əməkdaşlıq bütün sahələrdə olduğu kimi, iqlim probleminin həlli üçün də vacibdir. COP29-da müzakirə olunan məsələlər çox aktualdır. Düşünürəm ki, artıq hərəkətə keçmək lazımdır. Müzakirələr zamanı əsas proritetimiz gələcək nəsil olmalıdır. Onlara planetin daha təmiz gələcəyini vəd etməliyik”.

Sosial həyat