Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib

post-img

Oktyabrın 8-də Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin edilib.

Bununla bağlı parlamentin qərarını Milli Məclisin sədri Sahibə Qafarova imzalayıb.

Qərara əsasən Toğrul Axundov, Vəfa Əzizova və Vahid Hacıyev Sumqayıt Apellyasiya Məhkəməsinin hakimləri təyin olunub.

Azər İsmayılov isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.

Sosial həyat