Gəncədə “Müəllim Günü”-nə həsr olunmuş tədbir

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanovun və digər rəsmi qonaqların iştirakı ilə keçirilən tədbirdə ölkə rəhbərliyi tərəfindən təhsil sahəsinə göstərilən yüksək diqqət və qayğıdan bəhs olunub. Ölkəmizdə təhsil sahəsinin inkişafından, həyata keçirilən islahatlardan danışılıb, müəllimlərə bu  çətin və şərəfli peşələrində uğurlar arzu edilib.

Daha sonra bir qrup təhsil işçisi 5 Oktyabr – Müəllimlər Günü münasibətilə təltif olunub.

Tədbir şagirdlərin nümunəvi çıxışları ilə davam edib.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri, Gəncə.













Sosial həyat