“Bakı İqlim Fəaliyyəti Həftəsi” nə ekspert münasibəti

post-img

Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Məqsədləri üzrə tanınmış beynəlxalq ekspert Qeysər Nəvvab Azərbaycanın qlobal iqlimlə bağlı fəaliyyətində rolunu xüsusi qeyd edib. Q. Nəvvab bu həftə ölkəmizdə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsini Tərəflərin 29-cu Konfransına - COP 29-a hazırlıq mərhələsi üçün atılan mühüm addım kimi qiymətləndirib: - Bu, adi bir konfrans deyil. Dünyanın qlobal iqlim siyasətinin davamlı inkişafı üzrə ekspertlər, siyasətçilər, biznes liderləri və vətəndaş cəmiyyəti nümayəndələri də daxil olmaqla 700-dən çox iştirakçını bir araya gətirən tədbirdir. Bu toplantı, həmçinin Yer kürəsində yaşanan iqlim böhranının aktuallığını və problemi həll etmək üçün birgə  məsuliyyəti əks etdirir. Bakının unikal coğrafi şəraiti iqlim siyasəti ilə bağlı fikirlərin qlobal müstəvidə müzakirəsi üçün daha ideal hesab olunur.

Ekspert, həmçinin bildirib ki, COP29-a yüksək səviyyədə hazırlıq işlərinin görülməsində Prezident İlham Əliyevin rəhbərliyi xüsusilə təqdirəlayiqdir: - İlham Əliyevin ölkəsi üçün mühüm işlər görən bir rəhbər olması Azərbaycanın iqlimlə mübarizədə lider kimi əsas rol oynaması üçün əsas səbəblərdəndir. O, təkcə iqlim dəyişikliyinin yaratdığı ani təhlükələri həll etmir, həm də millətin uzunmüddətli rifahına yol açır. Məhz bu müsbət keyfiyyətlər, dünya ölkələri ilə əməkdaşlığa və tərəfdaşlığa verdiyi töhfələr digər xalqlar üçün güclü nümunədir. 

Qeyd edək ki, Bakı İqlim Fəaliyyəti Həftəsi iqlimlə bağlı fəaliyyətin səfərbər edilməsi və sərhədlər arasında əməkdaşlığın təşviqi üçün mühüm platforma rolunu oynayır. Bu tədbir, eyni zamanda Azərbaycanın iqlim böhranının həllinə sadiqliyini əks etdirir və qlobal dəyişikliklərə təkan verməkdə yerli təşəbbüslərin potensialını nümayiş etdirir. Bundan əlavə, Bakı İqlim Fəaliyyəti Həftəsi dayanıqlı inkişaf və iqlim fəaliyyəti öhdəliyinə sadiq olan təşkilatlarla yeni əməkdaşlıq əlaqələri, eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində Azərbaycanın keçid dövrünü dəstəkləməyə çalışır. Builki tədbirin əsas mövzuları “Enerji keçidi”, “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər”, “Su təhlükəsizliyi”, “Qida və kənd təsərrüfatı”, “Kiçik və Orta biznes müəssisələri” və “Yaşıl bacarıqlar”dır. 

Fidan
XQ

Sosial həyat