Nazir: Azərbaycanın 3-cü nəsil NDC sənədi və Aşağı Emissiyalı İnkişaf Strategiyası hazırlanır

post-img

Məlumdur ki, tərəf ölkələrin yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədini katibliyə təqdim etmələri üçün son tarix 2025-ci ilin fevral ayıdır. Bu platformadan bütün tərəflərə səslənərək bunu vaxtında etməyə və 1,5 dərəcənin saxlanılmasına xidmət edəcək hədəflər müəyyənləşdirməyə çağırıram.

AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Bakıda İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində deyib.

“Hazırda Azərbaycanın 3-cü nəsil NDC sənədi və Aşağı Emissiyalı İnkişaf Strategiyası hazırlanmaqdadır. İştirakçılığın təmin olunması üçün ictimai dinləmələr mütəmadi keçirilir, vətəndaş cəmiyyəti institutları və akademik dairələrin nümayəndələrinin fikirləri dinlənilir və nəzərə alınır. Bu prosesdə aidiyyəti dövlət qurumları ilə məhsuldar işin aparılacağına ümidvarıq", - deyə M.Babayev bildirib.

Sosial həyat