Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər.

DİN mətbuat xidmətinin məlumatına görə, sentyabrın 20-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 4 tüfəng, 4 patron darağı və 39 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng də aşkar edilərək götürülüb. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat