Ailə problemləri media aynasında

post-img

Bu günlərdə İsmayıllı rayonunda jurnalistlərin və sosial media blogerləri­nin iştirakı ilə “Ailə, qadın və uşaq problemlərinin mediada işıqlandırılması” mövzusunda təlim keçilib. Məqsəd qələm əhlinin bu sahədə bilik və bacarıq­larının gücləndirilməsi, uşaq hüquqları və gender bərabərliyinə dair informa­siyanın yayımlanmasında həssaslığın artırılmasıdır. 

Təlimin ilk günündə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi­nin Hüquqi təminat şöbəsinin əməkdaşı Tural Hüseynzadə “Ailə, qadın və uşaq məsələlərinə hüquqi yanaşma: media müstəvisində” mövzusu üzrə çıxış edərək, məişət zorakılığı və gender əsaslı zorakılıq halları ilə mübarizə istiqamətində mövcud qanunvericilik, həmçinin media nümayən­dələrinin üzərinə düşən öhdəliklər barədə danışıb. O, məlumatlar işıqlandırılarkən cinsi ayrı-seçkiliyə yol verilməməsi, ba­lans, dəqiqlik, mənbə müxtəlifliyi kimi prinsiplərə diqqətlə yanaşmanın vacibliyi­ni vurğulayıb. 

İkinci gün “Mediada psixoloji sağ­lamlıq: intihar və bənzərliklər” möv­zusunda klinik psixoloq-psixoterapevt Rövşən Nəcəfov intihar düşüncələrinin qaynaqlarına və onların müasir müalicə metodlarına dair məlumat verib. Vurğu­layıb ki, intihar xəbərlərinin geniş ya­yıldığı hallarda bir bölgədə ardıcıl inti­har hadisələri müşahidə edilə bilər. Bu, psixologiya elmində “suicide clusters” (“zəncirvari intihar”) adlanır və belə ha­disələr insanların bir-birini təhrik etməsi nəticəsində yaranır. 

Həmin gün jurnalistlər və sosial me­dia blogerləri İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində olublar. 

Təlim müddətində qadın və uşaq hüquqlarının düzgün işıqlandırılması prin­sipləri, media vasitəsilə gender stereotiplə­ri və məişət zorakılığı ilə halları ilə bağlı informasiya hazırlayarkən jurnalistlərin etik davranış qaydaları, həssas qruplarla ünsiyyət və müsahibə aparılması qaydaları barədə də məlumat verilib. 

Təlimin yekununda BMT-nin Qadınla­ra qarşı ayrı-seçkiliyin aradan qaldırılma­sı üzrə Komitəsinin üzvü, fəlsəfə dokroru Elgün Səfərov media nümayəndələrini və sosial media fəallarını gender problemləri­nin həlli, zorakılığa qarşı mübarizə, qadın və uşaq hüquqlarının qorunması, Azərbay­canda ailə institutunun möhkəmləndiril­məsi istiqamətində görülən işlərdə birgə əməkdaşlığa səsləyib.

Sonda jurnalistlərə və sosial media blogerləri nə təlimdə fəal iştiraka görə sertifikatlar təqdim olundu. Qeyd edək ki, mükafat alanlar arasında bu sətirlərin müəllifi də var. 

Fidan SALMANLI
XQ



Sosial həyat