Lökbatanda dünyanın ən aktiv palçıq vulkanı növbəti dəfə püskürüb

post-img

Sentyabrın 17-də yerli vaxtla saat 15:37 radələrində Lökbatan palçıq vulkanının növbəti püskürməsi qeydə alınıb. Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları - aparıcı elmi işçi, yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov, elmi işçi Elnur Baloğlanov və həmin şöbənin mühəndisi Elmar Səmədov ərazidə tədqiqat işləri aparıblar.

Bu barədə AZƏRTAC-a dosent Orxan Abbasov məlumat verib. O bildirib ki, bu, dünyanın ən aktiv palçıq vulkanı hesab olunan Lökbatan palçıq vulkanının 28-ci püskürməsidir. Orxan Abbasovun sözlərinə görə, budəfəki pükürmə zəif püskürmə kimi qiymətləndirilib, vulkan püskürməsinin dərinliyi 3 kilometr olub. İki eroktiv mərkəzdən püskürmə baş verib, Qərbdəki püskürmə daha zəifdir, alovlanma qeydə alınmayıb. Palçıq vulkanının tullantı məhsulları təxminən 10 metrə yaxın hündürlüyə qalxıb.



Sosial həyat