Hakan Fidan Livan xalqına başsağlığı verib

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Livanın baş naziri Nəcib Mikati ilə telefon danışığı aparıb. Məlumatı “Anadolu” verib. 

Diplomatik mənbələrdən alınan məlumata görə, Fidan Mikati ilə telefon danışığı zamanı Livanda peycerlərin partladılması ilə təşkil edilən terror aktları barədə məlumat alıb.

Fidan partlayışlarda ölənlərlə bağlı Livan xalqına başsağlığı verib.

Qeyd edək ki, Livanda “Hizbullah” üzvlərinin istifadə etdiyi peycerlərdə güclü partlayışlar baş verib. Livanın Səhiyyə Nazirliyi “Hizbullah” yaraqlılarının ölkə daxilində istifadə etdiyi peycerlərin partlaması nəticəsində biri uşaq olmaqla 9 nəfərin öldüyünü, 200-ü ağır olmaqla 2800-ə yaxın insanın yaralandığını açıqlayıb.

İsrail hələlik bu məsələ ilə bağlı açıqlama verməyib. 2023-cü il oktyabrın 8-dən İsrail-Livan sərhədində gərginlik yaşanır.

 

P.ƏMİRCANOV

XQ

 

Son xəbərlər