Vitamindir qaragilə – bir ovuc ye gülə-gülə

post-img

Meyvələr sağlam və uzun yaşamaq üçün vacib qida qaynaqlarından biridir. Vitamin və minerallar baxımından meyvə ağlımıza ilk gələn qidadır. Şirin dadı olan giləmeyvələrin isə sağlamlığa faydaları çoxdur.

Parlaq qırmızı rəngdə və turş dadı olan yemişan sağlamlığa bir çox faydası olan meyvədir. El ara­sında qaragilə adi ilə tanınan yemişanda ürək sağ­lamlığını dəstəkləyən antioksidantlar mövcuddur. Tərkibindəki flavonoidlər və fenolik birləşmələr xolesterinin səviyyəsini tənzimləyir, qan damar­larını genişləndirir, qan təzyiqini aşağı salır və in­farkt riskini azaldır.

Qaragilə immuniteti gücləndirən və orqanizmi infeksiyalardan qoruyan C vitamini ilə zəngindir. Tərkibindəki antioksidantlar sərbəst radikallarla mübarizə apararaq orqanizmi xəstəliklərdən qoru­yur. Bu giləmeyvənin tərkibində həzm sistemini yaxşılaşdırmağa kömək edən liflər var. Onlar həzm prosesini tənzimləyir, qəbizliyin qarşısını alır və bağırsaq sağlamlığını dəstəkləyir.

Yemişan giləmeyvəsindəki antioksidantlar və fenolik birləşmələr xərçəngə qarşı qoruyucu təsir göstərir. Xüsusilə, antosiyaninlər və katexinlər xər­çəng hüceyrələrinin böyüməsinə maneə törədir. 

Qaragilə çay, mürəbbə, şərbət və ya quru mey­və kimi istehlak edilə bilər. Mövsümdə hər gün 1 ovuc yemək orqanizmi xeyli möhkəmlədir. Lakin diqqətli olmaq lazımdır, çünki giləmeyvənin bəzi dərmanlarla qarşılıqlı təsiri mədə narahatlığına sə­bəb ola bilər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat