Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsindən əldə olunan gəlir 12 dəfədən çox artıb

post-img

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 165 dövlət əmlakı özəlləşdirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövrdə dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 1,3 milyon manatdan çox olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 dəfə çoxdur.

Sosial həyat