Məntəqə sədri: Seçkidə ilk dəfə səs verən 7 nəfər var

post-img

Milli Məclisə növbədənkənar seçkilərdə 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsində səsvermə prosesi demokratik şəkildə davam edir. Bu ərazidə yaşayan seçicilər məntəqələrə gələrək, səslərini istədikləri namizədə verirlər.

Bunu AZƏRTAC-a açıqlaması zamanı, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsinin sədri Fatma Sofiyeva bildirib.

Onun sözlərinə görə, məntəqə üzrə 1236 seçici var ki, onlardan 1 nəfəri vəfat edib, 60 ədəd isə dəqiq olmayan ünvan var.

“Seçkidə ilk dəfə səs verən 7 nəfər var. Eyni zamanda, 51 seçici üçün evdə səsvermə imkanı yaradılıb. Həmin şəxslər üçün saat 12:00-dan 15:00-dək səyyar qutu göndəriləcək. Məntəqədə veb-kameralar quraşdırılıb. İstənilən şəxs seçki prosesini canlı izləyə bilər”, - deyə F.Sofiyeva qeyd edib.

Məntəqə sədri deyib ki, məntəqələrdə seçicilərin öz səslərini sərbəst şəkildə vermələri üçün hər cür şərait yaradılıb.

Sosial həyat