Kölgəli ağaclarımız nədən quruyur?

post-img

Bu şəkilləri Ağsu rayonunun Cəlayır kəndi yaxınlığındakı meşəlikdə çəkmişəm. Kəndə yaxın ərazidə, asfalt yolun kənarında yüzlərlə şam ağacı hansısa xəstəlik, yaxud baxımsızlıq səbəbindən quruyub. Bu mənzərəyə baxdıqca adamın ürəyi göynəyir. Çünki 50-60 illik bu ağacların əkilib-böyüdülməsinə, qorunmasına ətək-ətək vəsait xərclənib.

Onu da deyim ki, xəstəlik, nədənsə, digər ağac və kollara çox da sirayət etməyib.

Aran ərazidə yerləşən bu yaşıllıq, canlı sərvət olmaqla, səhrada vadiyə bənzəyir. Ən isti günlərdə belə bu ağacların altı sərin olur, lap cənnəti xatır­ladır. Sovetlər dövründə salınmış süni meşə illər ötdükcı müxtəlif təsirlərdən məhv olub gedir.

Görəsən, Ekologiya və Təbii Sərvətlər Nazir­liyi meşəlikdəki bu dəhşətli vəziyyətdən xəbərdar­dırmı? Əgər xəbərdardırsa, niyə vaxtında tədbir görülməyib? Görülübsə, bəs niyə bu qədər ağac quruyub?

Səməd MƏLİKZADƏ

Sosial həyat