Aranda yağmursuz, dağlarda yağış və duman

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 31-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz şi­mal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-25°, gündüz 32-37° isti olacaq. Atmos­fer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərlik­lərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nar­daran, Bilgəh, Zuğulba) 26-27° isti,

Cənub çimərliklərində: (Türkan, Höv­san, Sahil, Şıx) 27-28° isti olacaq. Azər­baycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq əra­zilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Mülayim şərq küləyi əsəcək. Hava­nın temperaturu gecə 19-24°, gündüz 33-38°, dağlarda gecə 12-17°, gündüz 21-26° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya